YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Naqif Həmzəyev gənclərlə görüşüb

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhərində gənclərlə görüşüb.

YAP Gəncə şəhər təşkilatının binasında təşkil olunan görüşdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Millət vəkili Naqif Həmzəyev ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin həyatımızdakı fəal rolundan danışıb.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasının yeni reallıqlar yaratdığını qeyd edən millət vəkili bildirib ki, Prezident İlham Əliyev ata vəsiyyətini, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçılardan azad olunmasını gerçəkləşdirdi.

”Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xeyrinə başa çatdı. Məhz geosiyasi prosesləri dəqiqliklə təhlil edən Prezident İlham Əliyevin müdrik qərarlarının nəticəsində Azərbaycan ordusu 44 günə 30 illik problemi həll etdi. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi. Dahi lider, görkəmli dövlət xadimi Prezident İlham Əliyev qalib Sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı”-deyə Naqif Həmzəyev qeyd edib.

Həmin reallıqlar fonunda artıq gənclərimizin əsas məsuliyyətinin savadlı vətəndaş olaraq ölkəmizin dayanıqlı inkişafına töhfə vermək olduğunu vurğulayan Milli Məclisin deputatı bildirib ki, müstəqil dövlətimiz və liderimizin ətrafında sıx birləşənmüasir gənclər Azərbaycan Prezidentinin ənböyük dəstəkçisi vəuğurlu siyasətinin davamçılarıdırlar.

Çıxış edən gənclər qeyd ediblər ki, bu gün Azərbaycangəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Elə bir sahə tapılmaz ki, orada gəncliyin izigörünməsin. Həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları ilə cəmiyyət üçün lazım olduqlarını hiss edən gənclər onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar və ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.

Maraqlı diskussiya şəraitində keçirilən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.