YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Şərq Tərəfdaşlığının Birgə Bəyannaməsindəki yanaşmasına görə Azərbaycana təşəkkür edib

17 dekabr 2012-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər, Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

"V.Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib. Nazirlər həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar", - məlumatda qeyd edilir.