YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi barədə verdiyi açıqlamalar ölkəmizin mövqeyini bir daha ortaya qoydu

İlham Məmmədov

Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsində Azərbaycan uzun illər ərzində yaranmış Ermənistanın məğlubedilməzlik mifini darmadağın etdi. Əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra Ermənistanın kapitulyasiyaya məruz qalması eyni zamanda Azərbaycanın hərbi qələbəsi demək idi. Tarixi Qələbəmizin davamı olaraq, Azərbaycan növbəti dəfə Moskvada və Soçidə keçirilmiş görüşlərdən siyasi-diplomatik qələbə ilə ayrıldı ki, bununla da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edildi. Xüsusilə qeyd edilməlidir ki, Brüsseldə keçirilmiş görüşlərdə, birgə mətbuat konfranslarında və bəyanatlarda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk Qrupunun isə ümumiyyətlə adının çəkilməməsi bir daha münaqişənin keçmişdə qaldığını, sülh danışıqlarının daha çox ikitərəfli formata yönəldiyini, xüsusilə də status məsələsinin artıq Azərbaycanın, Ermənistanın, Rusiyanın, hətta Avropanın belə gündəliyindən çıxarıldığını göstərdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi fikirlər ümumilikdə Azərbaycanın istək və maraqları ilə üst-üstə düşür. Avropa İttifaqının Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına dəstəyinin ifadə olunması, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifinin irəli sürülməsi mühüm məqamlardandır. Regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Avropa İttifaqının dəstəyi Şarl Mişelin Bəyanatında ifadə edilib.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi barədə verdiyi açıqlamalar ölkəmizin mövqeyini bir daha ortaya qoydu. Ölkə başçısı diqqətə çatdırdı ki, Zəngəzur dəhlizi ilə bağlı regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Təbii ki, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Məlum olduğu kimi hazırda Ermənistanda baş qaldıran revanşist qüvvələr bütün vasitələrlə kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılmasına problem yaratmaq istəyirlər. Bu isə təbii olaraq ona görədir ki, ermənilər Azərbaycanın qalib gəlməsini və öz ərazi bütövlüyünü təmin etməsini heç cür həzm edə bilmirlər. Ancaq bütün sahələrdə prinsipial mövqe nümayiş etdirən dövlətimizin başçısı bu sahədə də növbəti diplomatik uğur qazandı.

Ümumilikdə nəticə etibarilə söyləmək olar ki, Ermənistana aydın şəkildə başa saldılar ki, Zəngəzur dəhlizində gömrük postu qurmaq xəyallarından da əl çəksin. Çünki Ermənistan rəhbərliyinin Azərbaycan tərəfinin qərarlarını qəbul etməkdən və sülh müqaviləsini imzalamaqdan başqa ayrı yolu qalmayıb.