YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər rayonunda şəhid Aysənan Abbasovun xatirəsi anılıb

YAP Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Seydimli kəndində Vətən müharibəsi şəhidi Abbasov Aysənan Əsgər oğlunun anım mərasimində iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq üzərinə gül-çiçək dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Sonra təşkilatın nümayəndələri şəhidin valideyinləri ilə görüşərək ailəsinə və yaxınlarına başsağlığı veriblər. Şəhidin valideyinləri göstərilən diqqət və qayğılara görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.