YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Düzgün strategiya bizə qələbə yaşatdı

“Ötən ilin 10 dekabr günü Azərbaycan tarixində, xalqımızın yaddaşında qızıl hərflərlə yazılan tarixi bir hadisə oldu. Çünki Azərbaycanın rəşadətli ordusunun qələbədən sonrakı ilk hərbi paradı idi. Bu parad isə bütün dünyaya gözdağı olmuşdu. Həmin gün Paradı Müzəffər Ali Baş Komandan İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdi”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Vüqar İskəndərov qeyd edib ki, biz müharibə dövründə silah arsenalımızın necə zəngin və məqsədəmüvafiq olduğunun şahidi olduq: “Çünki uzaqgörən siyasətçi olan Prezident cənab İlham Əliyev danışıqlar dövründə ölkənin hərbi gücünü  artırmaq üçün güclü ordu yaradırdı. Təsadüfi deyil ki, 17 il ərzində büdcəmizin əsas hissəsi hərbiyə ayrılırdı. Bunun nəticəsidir ki, müharibə dövrü biz heç bir ölkədən asılı vəziyyətə düşmədik. Düzgün strategiya bizə qələbə yaşatdı. Əlbəttə bu silahların alınması o qədər asan iş deyil. Bunun üçün də həmçinin diplomatik danışıqlar da aparılmalıdır ki, həmin lazımi silahları almaq mümkün olsun. Cənab Prezidentin atdığı addımlar bu sahədə də özünü doğrultdu, lazımi silahlar əldə edildi. Müharibəni qazanmağı labüd edən səbəblərdən biri də əlbəttə ki iqtisadi inkişaf idi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Bu illər ərzində həyata keçirilən trans milli, beynəlxalq layihələr Azərbaycanı güclü dövlətə çevirdi. Ermənistan isə dalana dönmüş bir dövlət oldu.”