YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında ərazi partiya təşkilatlarının yığıncaqları davam edir

YAP Nərimanov rayon təşkilatının “Təbriz 51A”, “Ziya Bünyadov prospekti 90” üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqlarda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev hesabat məruzələrini və ərazi partiya təşkilatlarının fəaliyyətini qənaətbəxş qiymətləndirib. O, təşkilatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.