YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Masallı rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

YAP Masallı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə əlaqədar “Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev çıxış edərək bu əlamətdar gün münasibəti ilə tədbir iştirtakçılarını təbrik etmiş və Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən S. Əliyev diqqəti ölkəmizin əldə etdiyi uğurlara, qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Tədbirdə Masallı rayon İcra Hakimiyyəti başçısının I müavini Məmmədhüseyn Hüseynov, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, təşkilatın fəallarından Cəmaləddin Ağayev, Rafiq Bağırov, Dilbər İbayeva və başqaları çıxış edərək bildiriblər ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 29 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayıb.

Sonda bir qrup gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.