YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə ağacəkmə kampaniyası keçirilib.

 Aksiyada YAP Pirallahı rayon təşkilatının fəalları rayonun məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində adanın özünəməxsus iqlim şərtlərinə uyğun 200-dən çox yeni ağaclar və gül kolları əkmiş, ərazidə təmizlik işləri apararaq ağaclara aqrotexniki qaydada qulluq göstərmişlər.

    Pirallahıda artıq ənənə halını almış ağacəkmə kampaniyaların əsas məqsədi rayon ərazisində yaşıllıq zolaqlarını genişləndirmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Həmçinin günü-gündən abadlaşan rayonumuzun ekoloji cəhətdən də inkişaf edən rayonlar sırasında olması üçün görülən işlərə dəstək olmaqdır.

Aksiyada həmçinin könüllülər də fəal şəkildə iştirak etmişlər.

DİGƏR Xəbərlər Arxiv