YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın məramı: Qüdrətli Azərbaycan, siyasi sabitlik, milli həmrəylik, yüksək rifah

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri   

       Ötən əsrin sonlarında  Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik təcrübəsindən xəbərsiz iqtidarsızların Azərbaycana rəhbərliyi  müharibə şəraitində yaşayan ölkəmizi uçuruma aparırdı. İnsanlar təlaş içərisində idilər.  Azərbaycana rəhbərlik edən, siyasi biliyi, dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat iqtidarının bacarıqsızlığı ölkəni  vətəndaş müharbəsi həddinə çatdırmışdı. Sabaha ümidi olmayan insanlar təlaş içərisində yaşayırdılar. Azərbaycanda yaranan gərginlik,  biri-birindən mürəkkəb olduğu qədər də təhlükəli idi. Xalqla iqtidar arasında  böyük qarşıdurma yaranmışdı. Belə  çətin dövrdə cəmiyyətimizin parlaq simaları,  Azərbaycan tarixinə «91-lər» kimi  yazılan ziyalılar Naxçıvan MR Ali Məclisinin sədri  Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar.  Ziyalıların çağırışına  cavab 21 noyabr 1992-ci ildə Naxçıvanda 550 nəfərin iştirakı ilə keçirilən  Yeni Azərbaycan Partiyasının təsis konfransı oldu.

«Bu, doğrudan da tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır»  söyləyən Prezident,  Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin
 vurğuladığı kimi, iqtisadi böhranla üzləşən ölkəmizdə
 zərurətdən yaranmış bu partiya  qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə hazırda regionda  siyasi çəkisinə görə  öndə gedən qüdrətli siyasi təşkilat olan YAP yarandı. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə  xalqa güvənən ulu öndər Heydər Əliyevin  iştirakı ilə hazırlanan partiyanın Nizamnamə və Proqramında müstəqilliyin əbədiliyi,  gələcək inkişaf konsepsiyası  başlıca məqsəd və amal kimi əksini tapdı. Bu gün qüdrətli Azərbaycanın qazandığı nailiyyətlərlə  öyünən hər bir vətəndaşın yüksələn rifahının əsasında  Ulu Öndərin ideyaları dayanır. Müxalifət partiyası kimi yaranan YAP-ın qısa müddətdə  iqtidara gəlməsi  təşkilata , onun yaradıcısı  Ümummilli Liderə ümümxalq məhəbbəti idi.

Ulu Öndərin ətrafında sıx birləşən insanların sabaha ümidi artdı, iqtisadiyyat dirçəldi, xalqın güzəranı yaxşılaşdı. İqtidar partiyası  kimi ictimai  rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin güclənməsində də öz sözünü dedi. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə  birləşdirən YAP  fəaliyyətində bu prinsipləri əsas götürdü: Azərbaycanda güclü dövlət yaranmalı, insanların həyat səviyəsi yüksəlməli, sabitilik , inkişaf davamlı proses kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməli. Naxçıvan MR Ali Məclisinin Sədri işləyərdən Azərbaycan Xalq Cümhuriyyətinin  atributlarını- üçrəngli bayrağını, himnini, gerbini bərpa etməklə, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı  təşəbbüsü irəli sürməklə   müstəqilliyimizin əbədiliyini təmin edən Ulu Öndər  qarşıdakı onillər üçnü nəzərdə tutulan inkişaf konsepsiyasını hazırladı. Hakimiyyətə qayıdışı ilə  Azərbaycanı təhlükələrdən xilas edən Ulu Öndər ölkədə milli həmrəyliyi təmin etdi. İnsanlar ideoloji tribuna olan YAP-ın ətrafında birləşməklə  yaşadıqları ərazilərdə, işlədikləri  kollektivlərdə böyük nüfuz qazandılar. Vətən, xalq naminə fədakarlıq göstərdilər.  Azərbaycan xalqının inkişafı naminə  əllərindən gələni əsirgəmədilər.                                                                                        Milli Konstitusiyamızın hazırlanmasında şəxsən iştirak edən, ölkəmizdə  qanunvericilik bazasının formalaşdırılmasında böyük əməyi olan Ulu Öndərin Azərbaycan xalqına göstərdiy ən böyük xidmət   Prezident İlham Əliyev  kimi lideri yetişdirməsidir. Respublikaya rəhbərliyinin ilk günlərindən Ulu Önərin ideyalarının daim yaşayacağını, Azərbaycanın ən qüdrətli ölkələr sırasına çıxacağını vəd edən Prezident İlham Əliyev partiyanın Sədri kimi də   Ümummilli Liderin  siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin bu siyasətə sadiqliynin məntiqi nəticəsi  «Əsrin müqaviəsi»nin  istifadə müddətinin 2050-ci ilədək uzadılması,   «Cənub Qaz Dəhlizi»nin, TANAP-ın,  TAP-ın Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsidir.  Bu uğular  Ulu Öndərin bir aforizmini təsdiqləyir: «Yeni Azərbaycan Partiyasına xidmət etmək Azərbaycan xalqına xidmət etməkdir.» 

Azərbaycan regionun ən qüdrətli ölkəsi olduğu kimi  YAP da  beynəlxalq səviyyədə vahid siyasi qüvvə kimi tanınır. YAP həqiqətən də dünənin, bu günün, sabahın partiyasıdır.  Yarandığı gündən dövlətçiliyin möhkəmlənməsini, müstəqilliyin əbədiliyini başlıca vəzifə kimi qarşıya qoyan  ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanın inkişaf yolu müəyyənləşdirildi. İldə 2-3 qurultay keçirən, sədr və möhürdən ibarət «partiyalardan» fərqli olaraq  YAP saflaşmaqla sıralarını mətinləşdirdi.  Azərbaycanın bu gün qazandığı uğurların əsasını da Ulu Öndərin siyasətini qətiyyətlə davam etdirən Prezident, YAP-ın  sədri İlham Əliyevin liderlik  cəsarəti, xalq-iqtidar birliyi təşkil edir. Ən əsası odur ki, YAP  öz taleyinə cavabdeh, güclü ideyaya malik  sağlam düşüncəli Azərbaycan vətəndaşı yetirir. YAP ideya və amalına sadiq qalmaqla  beynəlxalq aləmdə də güclü siyasi təşkilat kimi tanınır. Fəaliyyətini həm ölkə daxilində , həm də  beynəlxalq müstəvidə  genişləndirir. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə  birləşdirən YAP-ın aparıcı qüvvəsi xalq, ideoloji dayaqları müstəqillik, azərbaycançılıq,  müasirlik,  inkişaf,  sosial rifah,  siyasi və iqtisadi islahatlar,  demokratik inkişafdır. Partiyanın siyasi xəttinin əsasını təşkil edən müstəqilliyin qorunması,  sabitliyin təminatı,  qanunvericiliyin,  dövlət idarəçiliyinin təkmilləşdirilməsi naminə aparılan islahatlar inamla davam etdirilir.

         Ulu Öndərin ideyasını davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının sədri   İlham Əliyevin ətrafında sıx birləşməklə   birlik nümayiş etdirən Azərbaycan xalqı həmrəyliyini  44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan  Zəfərimizlə təsdiqləndi. 30 il Ermənistan silahlılarının əsarətində qalan Azərbaycan torpaqlarının işğaldan azad  olunması Prezident,  Ali Baş Komandan, YAP Sədri İlham Əliyevin liderlik fəlsəfəsinin və qətiyyətinin təzahürü  kimi bütün dünya ictimaiyyətini heyrətləndirdi.   Ermənistanın kapitulyasiya aktını imzalaması, bu günlərdə  bir illik yubileyi qeyd olunan şanlı Zəfərimizin təntənə ilə qeyd olunması, qədim mədəniyyət paytaxtımız Şuşada «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, cəmi 8 ayda  Füzuli Beynəlxalq Hava Limanın istifadəyə verilməsi, işğaldan azad olunan  ərazilərdə  aparılan bərpa- quruculuq işlərinin  sürətlənməsi,  yol, nəqliyyat, enerji infrastrukturlarının geniş miqyasda həyata keçirilməsi, ermənilər tərəfindən dağıdılmış məscidlərin, müxtəlif   icmalara məxsus dini abidələrin bərpa və təmiri , ən əsası isə  paytaxtımızda Hərbi Qənimtələr Parkının yaradılması işğalçı Ermənistana zərbədir. Bu uğurlar Prezident, Ali Baş Komandan,  siyasi əzmi, qətiyyəti ilə  xalqımızı bir məqsəd naminə birləşdirən İlham Əliyevin rəhbərliyi ilə  qazanılmışdır. Üçrəngli bayrağımız, YAP ətrafında birləşən insanlar «Dəmir yumruq» əməliyyatında da  birlik, həmrəylik nümayiş etdirdilər.   

         29 illilk  yubileyini  belə uğurlarla qarşılayan YAP- ölkəmizin ən böyük siyasi  təşkilatı olduğunu  sıralarının artması, üzvlərinin qətiyyəti, siyasi hazırlığı  da təsdiqləir.  Bütün siyasi kampaniyalarda  ölkə  vətəndaşlarının etimadını qazanan partiyamız avanqard siyasi  qüvvə kimi  öndərliyini davam etdirəcək, xalqla birliyini məqsədyönlü fəaliyyəti və  inamlı addımları ilə bildirəcək.

 

 

 

 

 

DİGƏR Xəbərlər Arxiv