YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı partiyanın təsis edilməsinin 29 illiyi ilə bağlı tədbir keçirib

YAP Laçın rayon təşkilatı partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunan “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır” mövzusunda videokonfrans formatında görüş keçirib.

 Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.

YAP Laçın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov partiyanın ötən 29 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib. “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur” deyən İ.İlyasov bildirib ki, Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə bütün sahələrdə əldə olunmuş nailiyyətlər də onu deməyə əsas verir ki, partiya yarandığı gündən bu günə qədər qarşıya qoyduğu məqsədlərə çatıb.

Tədbirdə çıxış edən partiya fəalları YAP-ın Azərbaycanın siyasi həyatında tutduğu mühüm mövqedən bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv