YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Antiböhran proqramı 2020-ci ildə Azərbaycanda iqtisadi tənəzzülün qarşısını aldı

Növbəti il üçün olan proqnozlar tam şəkildə makroiqtisadi sabitlik sistemində qurulub. Postmüharibə və postpandemiya dövründə böyük maliyyə çağırışları büdcə xərclərinin artmasını tələb edir. Burada əsas strateji çağırış iqtisadiyyatın neftdən asılılığının azalmasını şərtləndirir. Yaxın gələcəkdə bütövlükdə makroiqtisadi sistemin qəbul ediləcək yeni strategiyaya uyğunlaşdırılması gözlənilir.

Bu fikirləri Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentdə 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda deyib.

E.Rüstəmov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış antiböhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib. O, həmçinin deyib ki, milli valyutanın məzənnəsi ilin əvvəlindən sabit qalıb. Cari ildə Azərbaycanda pul bazası artıb.

 

DİGƏR Xəbərlər Arxiv