YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatından innovativ aksiya: “Partiyaya dəvət” həftəsi

Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibəti ilə YAP Pirallahı rayon təşkilatı tərəfindən “Partiyaya dəvət ” aksiyası keçirilmişdir.

 Aksiya YAP Pirallahı rayon təşkilatının “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar Tədbirlər Planı” çərçivəsində, siyasi partiyaların müasir dünya təcrübəsinə əsaslanaraq ölkəmizdə ilk dəfə olaraq yeni formatda təşkil olunmuşdur.

YAP Pirallahı rayon təşkilatının rəhbərliyi və əməkdaşları Pirallahı qəsəbəsi sakini, 18 yaşı tamam olan Mustafayev Murad Hüseyn oğlunun ad günündə evinə yollanaraq onu təbrik etmiş, Yeni Azərbaycan Partiyasının Nizamnaməsini və partiyaya dəvət şəklində xüsusi hazırlanmış bukleti təqdim etmişdir.

Aksiya zamanı YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 29 il ərzində keçdiyi çətin və şərəfli yoldan, partiyanın cəmiyyətdəki nüfuzundan, xalqın rifahı naminə gördüyü işlərdən bəhs edib. Natiq daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin hər zaman bizlərə aşıladığı kimi,  daim xalqın içində, xalq naminə fəaliyyət göstərən və sözün həqiqi mənasında ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının siyasətinin prioritet istiqamətləri Azərbaycan gəncliyini öz ətrafında birləşdirmək, onlara azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi, birlik və həmrəylik, vətənpərvərlik, multikulturalizm, ailə dəyərləri, gender bərabərliyi və milli maraqlara xidmət edən ali dəyərləri aşılamaq və ümumilikdə siyasi fəaliyyətlərində daima dəstək verməkdir.

Emil Abasov çıxışı zamanı bildirdi ki,  vətənimizi xaosdan xilas edərək qısa müddətə kosmik ölkəyə çevirən bir ideologiyanın daşıyıcısına çevrilmək, Qarabağdakı Böyük Zəfərin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin sədri olduğu partiyanın bir nümayəndəsi kimi siyasi fəallıqla fərqlənərək bir addım önə çıxmaq olduqca qürürvericidir.

Aksiyanın sonunda YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov gənclə səmimi söhbət etmiş, onun təhsili, gələcək planları ilə maraqlanmış və bir daha Yeni Azərbaycan Partiyasının sıralarına dəvət etmişdir.

 

DİGƏR Xəbərlər Arxiv