YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Məşhur Məmmədov seçiciləri ilə növbəti görüşünü keçirib.

 Pandemiyanın tələblərinə riayət olunmaqla keçirilən görüşdə seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Problemlərin bir qismi elə yerindəcə həllini tapıb, digər qisminin həlli ilə bağlı  aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirib.

  Seçicilər arasında şəhid ailələrinin və qazilərin olduğunu nəzərə alan millət vəkili torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən, qanları ilə tarix yazan şəhidlərimizin xatirəsini ehtiramla yad edib, ailələrinə səbir diləyib. Bildirib ki, xalqımız  belə Vətən oğulları ilə fəxr edir, onların həyat yolu hər kəs üçün vətənpərvərlik məktəbidir. Qazilərin qəhrəmanlığından, şücaətindən bəhs edən Məşhur Məmmədov  Zəfər sevincini yaşamağımıza  görə  şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb.

    Millət vəkili dövlətimizin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından bəhs edib. Bildirib ki, dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşı da  onlara diqqət və qayğı göstərməyə borcludur.