YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmr Musa: Ümid edirik ki, sülh region ölkələrinin gündəliyində bir nömrəli məsələ olacaq

Biz bu regiondakı dəyişiklikləri yaxından izləyirik. Ümid edirik ki, sülh region ölkələrinin gündəliyində bir nömrəli məsələ olacaq.

Bu fikirləri VIII Qlobal Bakı Forumunda iştirak edən Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa jurnalistlərə açıqlamasında deyib.

O, Cənubi Qafqaz regionunda sülhün bərqərar olacağına inandıqlarını qeyd edib. Sabiq Baş katib Azərbaycan Prezidenti İlham Əliyevin sülhlə bağlı fikirlərini diqqətlə dinlədiklərini də bildirib.