YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemanı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının  Prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

Məktubda deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

 

DİGƏR Xəbərlər Arxiv