YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatının nümayəndələri şəhidlərin anım mərasimində iştirak ediblər

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş rayonun Dəmirçilər kənd sakini İsmayıllı Şamil Kamil oğlunun, Evoğlu kənd sakini Məhərrəmli Fuad Habil oğlunun və Qaradağlı kənd sakini Məmmədli Sənan Səlim oğlunun şəhadətinin ildönümü ilə əlaqədar onların məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Sonra rayon təşkilatının nümayəndələri şəhidlərin anım mərasimində iştirak edərək ailələrinə və yaxınlarına başsağlığı veriblər.

Şəhidin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.