YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı Qacaq Nəbi-8, Qacaq Nəbi-6A, Mədinə Gülgün-1, 8 Noyabr-9A ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi ilk partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlarda  bildirib ki, dövlət başçısı İlham Əliyevin vurğuladığı  kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyur:  «Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə bu vəzifələrin uğurlu icrasını şərtləndirir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması və hər il bu mövqeyini uğurlu islahatları ilə daha da zənginləşdirməsi deyilənlərin təsdiqidir. Bu gün böyük inamla qeyd edirik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dayanıqlı iqtisadi inkişafı ilə  dünyanın diqqətindədir. Hazırda ölkəmizin həyatında yeni dövrün başlanğıcı kimi dəyərləndirilən   işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri  Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.  Nəzərdə tutulan bütün planları Azərbaycan öz imkanları hesabına həyata keçirir.»

V.Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizə birliyimiz, həmrəyliyimiz sayəsində necə nail olduqsa, Qələbəmizin yaratdığı reallıqların diktə etdiyi vəzifələri də birliyimiz sayəsində  icra edəcək, Qarabağımız cənnətməkana  çevriləcək, ölkəmiz daha möhtəşəm uğurlara imza atacaq. 

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Abuzər Əsədov Qacaq Nəbi-8  ərazi ilk partiya təşkilatının sədri, Sahibə Əmiraslanova   sədr müavini,  Nazilə Əliyeva Qaçaq Nəbi-6A ərazi ilk partiya təşkilatının sədri,  Tahir Həmzəyev   sədr müavini, Cavanşir Tarverdiyev  Mədinə Gülgün-1   ərazi ilk partiya təşkilatının sədri,  Əlihəsən Sadıqov  sədr müavini, Məlakət Abdulova 8 Noyabr-9A ərazi ilk partiya təşkilatının sədri, Günel Mircəfərova sədr müavini  seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.