YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə gənclərin növbəti görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 20 oktyabr – Zəngilanın işğaldan azad olunması günündə “44 günlük Vətən müharibəsi: Qazilərin xatirələrində” mövzusunda qazilər ilə gənclərin növbəti görüşü keçirilib.

Tədbir iştirakçıları öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, “Missiya.az” saytının baş redaktoru Nicat Dağlar, Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyova Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün fədakarlıqlarından danışıblar.

Sonra qazilər Vətən müharibəsi ilə bağlı xatirələrini gənclərlə bölüşüblər.

Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla mükafatlandırılmış qazilərdən Asim Quliyev, Nurlan Nuriyev və Denis Quzlayev keçdikləri döyüş yolu, ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı haqqında məlumat veriblər. Onlar müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısından da bəhs edib, razılıq bildiriblər.

Daha sonra qazilər gəncləri maraqlandıran suallara cavab veriblər.