YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid mayor Şahlar Cəfərovun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Sabirabad rayonunun Xəlfəli kəndində Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid mayor Cəfərov Şahlar Fəzail oğlunun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Mərasimdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, dövlət və özəl qurumların rəhbərləri, rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları 44 günlük Zəfər yürüşündən söhbət açıb, Şahlar Cəfərovun qəhrəmanlığından danışıblar.

Qeyd edək ki, Şahlar Cəfərov oktyabrın 16-da Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, ölümündən sonra “Vətən Uğrunda”, “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşlərdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Şahların qardaşı Bahadur Cəfərov və oğlu Seyfi Cəfərli də Vətən müharibəsində iştirak ediblər.