YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə start verib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə start verib.

Süleyman Bağırov 3 ünvanında yerləşən ərazi partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağı açıq elan edildikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İclasda gündəlikdəki məsələlər müzakirə edildikdən sonra YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edib. O bildirib ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın mənafeyini rəhbər tutmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın zəfəri, Ermənistanın isə kapitulyasiyası ilə başa çatdı. Qarabağ zəfəri, eyni zamanda, işğalçı Ermənistan üçün ciddi mesaj və tarixi dərs oldu.

YAP Pirallahı rayon təşkilatının sədri həçinin qeyd etdi ki, illərdir şərəfli yol keçən, bütün çətinliklərdən, fırtınalardan uğurla çıxan Yeni Azərbaycan Partiyasını cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha möhtəşəm uğurlar  gözləyir. YAP fəaliyyət proqramını daim yeniləşdirir, populist vədlərdən uzaq olduğunu davamlı uğurları ilə təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Yeni Azərbaycan Partiyasının güc mənbəyi yaradıcısı olduğu ümummilli lider Heydər Əliyevin zəngin irsi və son 18 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə daha böyük inamla addımlamağa əsas verən inkişaf strategiyamızdır.

İclasın sonunda YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarına müvafiq tövsiyyələrini verib.