YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhid Sübhan Cəbrayılzadənin anım günü qeyd olunub

Salyanda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən müharibəsi qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin anım gününə həsr olunmuş təbdir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Jalə Əhmədova, Fəzail Ağamalı, Xalq artisti Nurəddin Mehdixanlı, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, Xüsusi Təyinatlı Qüvvələrin əsgər və zabitləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və şəhidin ailəsi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin baçsısı Sevindik Hətəmov şəhidin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və Vətən qarşısındakı xidmətlərindən söz açıb.

 Tədbirdə şəhidin döyüş yoluna həsr olunmuş video-çarx və Salyan Dövlət Kukla teatrının aktyorlarının hazırladığı “Ölməzliyə gedən yol“ adlı səhnəcik nümayiş olunub.