YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rüfət Əhmədzadənin barelyefi açılıb

Sumqayıtda Vətən müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Əhmədzadə Rüfət Əbülfət oğlunun doğum günü qeyd olunub, yaşadığı evin qarşısında barelyefi açılıb.

Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra iştirakçılar Rüfət Əhmədzadənin şərəfli ömür yolundan və döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıqdan danışıblar. Bildiriblər ki, şəhidlərimizin əziz xatirələri daim qəlblərdə yaşayacaq.

Sonda şəhidin oxuduğu məktəbin şagirdləri şeir söyləyiblər.

Qeyd edək ki, Rüfət Əhmədzadə Vətən müharibəsi zamanı Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.