YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanın Xalac kəndində şəhidlərin xatirəsinə inşa edilmiş abidənin açılışı olub

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov, təşkilatın fəalları və rayon ictimaiyyəti qəhrəmancasına şəhid olmuş şəhid Gülüşov Tərlan Salman oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Eyni zamanda, YAP rayon təşkilatının fəalları həmin gün Xalac kəndində şəhidlərin xatirəsinə inşa edilmiş abidənin açılışında iştirak ediblər. 

Mərasimdə Rəşad Cəbrayılov bildirib ki, şəhidlərimizin ruhu qarşısında baş əyir, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və valideynlərinə səbr diləyirik: “Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirələri əziz tutur. Ona görə də ölkəmizin hər yerində olduğu kimi, Salyanda da şəhidlərimiz hörmətlə yad edilir.”

DİGƏR Xəbərlər Arxiv