YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində Vətən müharibəsi şəhidinin ildönümü mərasimi keçirilib

Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində Vətən müharibəsi şəhidi Səlimzadə Ramil Raqif oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə  mərasim  keçirilib.

Mərasimdə YAP Ağdaş rayon təşkilatının fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Qeyd edək ki, Səlimzadə Ramil Raqif oğlu 01 may 1995-ci il tarixdə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə cəbhəyə yollanan Ramil Səlimzadə Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş, oktyabrın 15-də  doğma kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”  və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.