YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar rayonunda Vətən müharibəsi şəhidlərinin şəhadətlərinin birinci ildönümü qeyd olunub

YAP Ucar rayon təşkilatının fəalları Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri şəhidlər - Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayılov Elçin Mübariz oğlunun, əsgərlər Məmmədov Rəcəb Xalid oğlunun və Bəkirov Təbriz Etibar oğlunun məzarlarını ziyarət ediblər.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra təşkilat nümayəndələri şəhidin ailə üzvlərinin qayğısı ilə maraqlanıblar.

 Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.