YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cunaşer Burçuladze: Gürcüstan, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək

Gürcüstan, Azərbaycan və Türkiyə arasında dostluq və qarşılıqlı dəstək bundan sonra da uğurla davam edəcək.

Bu sözləri Gürcüstanın müdafiə naziri Cunaşer Burçuladze deyib.

Nazir bildirib ki, Gürcüstan, Azərbaycan və Türkiyənin dövlət və hökumət başçıları üçtərəfli formatda əməkdaşlığa böyük önəm verirlər. Bu da bizə müdafiə və hərbi sahədə əlaqələrimizi daha da möhkəmləndirməyə imkan yaradır.

Onun sözlərinə görə, koronavirus pandemiyasına baxmayaraq, türkiyəli və azərbaycanlı hərbçilər Gürcüstanda keçirilən “Noble Partner” və “Agile Spirit” təlimlərində iştirak ediblər. Bu isə hər üç tərəfin birgə əməkdaşlığa verdiyi önəmin barız nümunəsidir.

C.Burçuladze ikitərəfli və üçtərəfli məhsuldar görüşlərə görə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova və Türkiyənin milli müdafiə naziri Hulusi Akara minnətdarlığını bildirib.