YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında İkinci Qarabağ müharibəsində şəhid olmuş igidlərimizin ailələri, qazilər və tələbələrin iştirakı ilə tədbir baş tutub.

Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Cəbrayıl şəhərinin düşmən tapdağından azad olunmasının ildönümü münasibətilə hər kəsi təbrik edib. Azərbaycanın Şanlı Ordusunun 44 günlük zəfərindən söz açıb. O bildirib ki, Ali Baş Komandanımızın qətiyyətli mövqeyi,  ordumuzun əsgər və zabitlərinin peşəkarlığı, onlarda olan  vətən sevgisi, ruh yüksəkliyi  bizə bu tarixi qələbəni bəxş etdi. Xalqımız 44 gün ərzində milli birlik nümayiş etdirdi. Xalq olaraq bir yumruq ətrafında birləşməyi bacardıq. Bu birlik və möhkəmlik Azərbaycan xalqının tarixində qızıl hərflərlə yer aldı. Çox təəssüf ki, müharibə şəhidsiz olmur. Bu gün  şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına bayrağımız işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Biz şəhid ailələrinin qarşısında baş əyirik. Azərbaycan xalqı onların yetişdirdikləri övladlar ilə fəxr edir.

Sonra çıxış edən şəhid kapitan Hüseynzadə Həmidağanın atası Hüseynzadə Bağı üzünü tədbirdə iştirak edən tələbələrə tutaraq bugünkü gənclərin vətənpərvər ruhda yetişməsini, onlara təhsilini mükəmməl şəkildə alaraq gələcəkdə ölkəmizin inkişafı üçün xidmət etməyin vacibliyini vurğulayıb. Təhsilli gənclik dövlətimizi inkişafa aparan əsas qüvvədir. Bu qüvvə sağlam, vətənpərvər və xalqına bağlı gənclərdən ibarət olmalıdır.

Görüşdə iştirak edən şəhid Salahov Elvinin atası Sabir Salahov şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan söz açaraq qeyd edib ki, Elvin uşaq yaşlarından orduya maraq göstərib. Elvinin vətənə olan sevgisi, düşmənə qarşı nifrəti onu şəhidlik kimi müqəddəs bir zirvəyə yüksəltdi. Elvinlə çiyin-çiyinə vuruşan döyüş yoldaşları onun hər zaman öndə gedərək vətənimizn işğal altında olan torpaqlarımızın azad olunmasında böyük şücaət göstərdiyini söyləyiblər. Sabir Salahov bu gün şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizə, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.

Qazi Hüseyn Qurbanov  öz  növbəsində keçdiyi döyüş yolundan fəxr və iftixarla danşaraq öz təşəkkürünü bildirib.

Sonra müharibənin ilk günlərindən ordu sıralarına Vətən Müharibəsi iştirakçısı Sefiyev Amil  müharibə dövründə Azərbaycan xalqının  Ali Baş Komandanın ətrafında  “Dəmir Yumruq” tək  sıx birləşməsini xüsusi qeyd edib.

Vətən müharibəsi iştirakçısı  Elnur Soltanov da çıxışında Vətənimiz uğrunda keçdiyi döyüş yolundan fəxrlə danışıb.

Tədbirin bədii hissəsində  Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin II kurs tələbəsi Cahan Salmanova  “Şəhidlər haqqında” şeirini ifa edib.

Tədbirə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  I kurs magistr tələbəsi Yusif Cəfərbəyli və komandasının “Xudayar təsnifi” ifası ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv