YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı şəhidlərin xatirəsi Yaponiyada da anılıb

Sentyabrın 27-də Anım Günü Yaponiyada yaşayan həmyerlilərimiz tərəfindən də qeyd olunub.

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Azərbaycanın Yaponiyadakı səfirliyində təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Azərbaycan Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızın azad edildiyini, böyük Qələbənin xalqımıza Müzəffər Ali Baş Komandan, müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bəxş etdiyini vurğulayıb. Qeyd edib ki, neofaşist ölkə olan Ermənistanın ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çöküb. Bildirib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi şanlı Ordumuzun və xalqımızın böyük Qələbəsi ilə başa çatıb. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edilib və qonşu dövlətin rəhbərliyi məğlubiyyətini etiraf etməyə məcbur olub.

Səfir, həmçinin Azərbaycan xalqının Prezident İlham Əliyevi hər zaman dəstəklədiyini, Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalqımızın öz Liderinin ətrafında daha sıx birləşdiyini, yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncinin cəbhəyə könüllü getmək üçün müraciət etdiyini xatırladıb. Vurğulayıb ki, yaşından, peşəsindən, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni əsirgəməyib. Yalnız Yaponiyada deyil, bütün dünyada yaşayan soydaşlarımız yumruq kimi birləşərək Qələbəyə öz töhfələrini veriblər.