YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Füzuli rayon təşkilatının rəhbərliyi və fəalları şəhid məzarlarını ziyarət ediblər

YAP Füzuli rayon təşkilatının rəhbərliyi və fəalları 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günündə rayonun Kərimbəyli, Babı, Alxanlı kəndlərində şəhid məzarları ziyarət edib, onların əziz xatirələri hörmət və ehtiramla yad edib və məzarıları üzərinə tər gül-çiçək dəstələri düzüblər.

Eyni zamanda, Horadiz qəsəbəsindəki Şəhidlər Xiyabanı ziyarət edilərək onların ruhuna dualar oxunub, məzarlarının üzərlərinə gül-çiçək dəstələri düzülüb.

Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.