YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatının rəhbərliyi və fəalları şəhid məzarlarını ziyarət ediblər

Sentyabrın 27-də ölkəmizin bütün bölgələrində olduğu kimi, cənub bölgəsində də Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.

Saat 12:00-da bölgənin bütün rayon və kəndlərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

Anım Günü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının fəalları, gənclər, müəssisə təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını, şəhid məzarlıqlarını ziyarət ediblər.

Daha sonra şəhidlərin əziz xatirəsinə ağacəkmə kampaniyası keçirilib.

Həmçinin təhsil müəssisələrində şəhidlərimizin qəhrəmanlığı, Orudumuzun yenilməzliyi haqqında, vətənpərvərlik mövzusunda dərslər keçirilib.