YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat naziri: Böyük Zəfər ölkəmizin davamlı tərəqqisi üçün möhkəm zəmin yaradır

Torpaqlarımızın işğaldan azad edilməsi üçün başlanan əks-hücum əməliyyatından 1 il ötür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti ilə qazanılmış böyük Zəfər ölkəmizin davamlı tərəqqisi üçün möhkəm zəmin yaradır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad edir, Allahdan rəhmət diləyirik”, - deyə nazir əlavə edib.