YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Türkiyə Prezidenti ilə görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri BMT Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və sabiq Baş nazir Binəli Yıldırım ilə görüşüblər.

Mərkəzdən bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Bosniya və Herseqovinanın sabiq Prezidenti cənab Mladen İvaniç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, baş katib müavini İlahə İbrahimli və Toğrul Əkbərli iştirak ediblər.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərkəzin təşkil etdiyi XXI ali səviyyəli toplantı, VIII Global Bakı Forumu və Mərkəzin sülh, təhlükəsizliklə bağlı müxtəlif layihələri haqqında fikir mübadiləsi aparılıb.