YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, başsağlığında Cənubi Vəziristan əyalətinin Asman Manza bölgəsində kəşfiyyat əsaslı antiterror əməliyyatı zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması xəbərinin dərin kədər hissi doğurduğu ifadə olunub.

Nazir həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.