YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bu gün dünya çapında tutduğu mövqeyi və dünyada söz sahibinə çevrilməsi məhz Prezident İlham Əliyevin uzaqgörənliyi , siyasi iradəsi və vətəninə olan sevgisi sayəsində nail olunmuşdur

Azər Badamov

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Radikal müxalifətin hakimiyyətdə olduğu vaxtda dövlət müstəqilliyinə vurduğu zərbənin fəsadlarının aradan qaldırılması üçün uzun illər  lazım olmuşdur. Ümumimilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dağılmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanı radikal müxalifətin dövlətçiliyə vurduğu zərbədən xilas olunmasına yol açdı. Ulu Öndərin  müəyyənləşdirdiyi siyasi xəttin uğuru möhkəm iqtisadiyyata malik və Prezident İlham Əliyevin rəhbərliyi altında qələbəyə imza atan Azərbaycanı ərsəyə gətirdi.  Prezident İlham Əliyevin uzaqgörən siyasətini və liderlik bacarığını dünya tərəfindən qəbul etmişdir. Torpaqlarımızın erməni işğalından azad olunması da bir başa Prezident İlham Əliyevin  beynəlxalq arenada apardığı siyasətin və ölkədə yaratdığı xalqın dövlətə olan  inamı sahəsində imza atılmışdır.  Təbii ki,  ölkəmizdəki bu sarsılmaz iqtidar-xalq birliyi dövlət başçımızın rəhbərliyi altında aparılmış geniş inkiaf proqramlarından və o cümlədən dövlət siyasətindən məmnunluğu sayəsində nail olunmuşdur. Amma təəssüf ki, qalib Azərbaycanın uğularına kölgə salmağına çalışan xarici və daxili qüvvələr qalmaqdadır. Bu qara qüvvələr uzun illər eyni sözləri təkrarlayan, eyni məqsədlərə xidmət edən eyni adamlardır.  Azərbaycanın uğurlarına və imza atdığı qələbəyə kölgə salmağına xidmət edənləri ancaq erməniyə dost və onun dəyirmanına su tökənləri adlandırardım. Çünki, bu gün Azərbaycan uzun illər işğal altındakı torpaqlarını azad etmiş, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində böyük işlər görürki, bunu da həzm edə bilməyənlərin cərgəsinə VİP-nin sədri youtube kanallarında etdiyi radikal çıxışları ilə Əli Əliyev də daxil olmuşdur.  Atalar misalında deyilir ki, dünyada ən asan iki iş var. Baqalarına məsləhət vermək və başqaların pulunu saymaq. Əli Əliyevin dəst xətti bu iki amil üzərində qurulmuşdur. Birinci onu qeyd edim ki, Prezident İlaham Əliyevə sizin məsləhətlərinə ehtiyacı yoxdur. Çünki, Azərbaycanın bu gün dünya çapında tutduğu mövqeyi və dünyada söz sahibinə çevrilməsi məhz Prezident İlham Əliyevin uzaqgörənliyi , siyasi iradəsi və vətəninə olan sevgisi sayəsində nail olunmuşdur.  Sizin pafoslu çıxışlarınız isə ancaq insanların xoşuna gəlməsi üçün edildiyi hamıya məlumdur. Əli Əliyevin baxışında dövlət idarəçiliyində uğurlu heç bir sahə yoxdur və axırda qeyd edir ki, radikal müxalifət hakimiyyətə gəlməlidir ki, hər şey yoluna düşsün. Görün düşüncələri necə bəsit və gülüncdür.  90-cı illərin əvvəlində radikal müxalifətin kreslo davası  nəticəsində ölkə vətəndaş müharibəsi ilə üzləşdiyini və torpaqların 20% işğal altına düşdüyünü heç kim unutmayıb. Bu gün hamı sizin məqsədini bilir və  uzun illər təkrarladığınız eyni sözlərini eşidəndə xalq gülüşlə qarşılayır. 

    Əli Əliyev əhalinin vaksinləşməsindən başlamış, Qarabağda qazandığımız qələbəyə qədər, o cümlədən azad olunmuş ərazilərin yenidən qurulmasını da yanlış hesab edir. Birinci onu qeyd edim ki,  ixtisasınız həkimlik olsa da sizin yanlış hesab etdiyiniz vaksinləşmə koronavirusa qarşı mübarizədə alternativsiz çıxış yolu olduğunu bütün dünya qəbul edib. Hətta dünyanın çoxlu ölkələri vaksin ala bilmədiyi halda dövlətimiz inkişaf etmiş ölkələrlə eyni vaxtda vaksinləşməyə başlaya bildik və əhaliyə kütləvi şəkildə peyvəndlər vurulur. Bu gün COVİD-19 infeksiyasına yoluxaraq reanimasiyalarda ağır vəziyyətə düşənlərin 97% peyvənd olunmayanların olduğu sizə də məlumdur. Məhz peyvənd olunanların arasında ölüm halları demək olar ki, yox dərəcəsində olduğu da sizə məlumdur. Dövlət vaksinləşməni insanların sağlamlıqlarını qorumaq üçün həyata keçirir və siz isə vaksiləşməməyə çağırış edirsiniz. Burda məqsədiniz nədən ibarətdirsə aydındır.

     Digər tərəfdən işğaldan azad olunmuş ərazilərə qaçqın və köçkünlərin qayıtmasına icazə verilməməsində dövləti günahlandırısınız. Sizə də məlumdur ki, ermənilər işğal etdiyi torpaqlarımıza uzun illər 100 minlərlə minalar basdırmışdır.  İşğaldan azad olunmuş ərazilərə özbaşına səfər edən 150-yə yaxın insan minaya düşərək ya həlak olmuş, ya da sağlamlıqlarını itirdiyini sizə məlumdur. Qaçqınların işğaldan azad olunmuş ərazilərə qayıtmasının ləngiməsinin səbəbi insanların təhlükəsizlik baxımından olduğunu yaxşı bilirsiniz. Siz insanları ora bir başa qaytarılmasını məsləhət bilməklə məqsədiniz ölümə göndərməkdən başqa bir şey deyil.  Deyirsiniz ki, insanları Ermənistanla sərhədə qaytarmaqla canlı sədd təşkil etmək lazımdır. Birincisi  dövlətimiz qaçqınları öz yurdlarına canlı sədd qurmaq üçün yox, yaşayıb yaratmaqları üçün qaytarcaqdır. Dövlətimiz bütün qaçqınları öz doğma yurdlarına o ərazilərdə təhlükəsiz həyat-şəraiti təmin edərək qaytarılacaqdır. Təbii ki,  bir az gec olsa da hamı öz yurdlarına qayıdacaq və firavan şəraitdə yaşayaraq öz təsərrüfatları ilə məşğul olacaqlar. Sərhədlərimizi isə müasir silahlarla silahlanmış ordumuz qoruyur və ermənilərə ərazilərimizə addım atmasına imkan vermir.  Rusiya sülhməramlıların məsuliyyət zonasında yaşayan ermənilər də tərksilah olunacaq və kimlər vətəndaşlığımızı qəbul edib yaşayacaqlarsa qalacaq, qalanlar isə rədd olub gedəcəklər. Sadəcə zamana ehtiyac var. Hər bir işi vaxtı yetişəndə görülür. Necə ki, sizin üçün yuxu kimi görünən torpaqların işğaldan azad edilməsini 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz təmin etdi.  Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında  qələbələrimiz davamlı olacaq, Azərbaycan dövlətinin gücü və qüdrəti daha da artacaqdır.