YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsində fərqlənən 90 əməkdaşı təltif edilib

Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə FHN-in 90 əməkdaşı təltif olunub. Nazirliyin əməkdaşlarından 14 nəfər “İgidliyə görə”, 43 nəfər “Hərbi xidmətlərə görə”, 3 nəfər 2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, 30 nəfər isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

 

DİGƏR Xəbərlər Arxiv