YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında uğurla iştirak edirlər

Azərbaycan tankçıları Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən tankçılarımız qrupda ikinci yerdə qərarlaşıb.

Belarus birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

 

 

DİGƏR Xəbərlər Arxiv