YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yerində tarix” adlı ekotur keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının birgə  təşkilatçılığı ilə “Yerində tarix” adlı ekotur keçirilib.

  YAP fəallarından, Gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin gənclərindən  ibarət iştirakçılar dahi Nizami yurdunun  tarixi,  maddi-mədəniyyət abidələri ilə yaxından tanış olub, ekoloji bilik və bacarıqlarını inkişaf etdiriblər.

   YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov bildirib ki, ekoturun keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqdır.

Təlimçilər Türkiyənin Fırat Universitetinin İnformasiya Komunikasiya Texnologiyaları şöbəsinin müdiri Atilla Bingöl,  AMEA Gəncə bölməsinin tədqiqatçı-alimi Elnur Həsənov dolğun, məzmunlu təqdimatları ilə gənclərin diqqətini cəlb ediblər. Ekotur iştirakçılarına bu  günümüzədək qorunan milli-mədəniyyət abidələri haqqında  ətraflı məlumat verilib. Həmçinin, tarixi məlumatların  paylaşılması zamanı sosial şəbəkələrdə şəxsi kiber təhlükəsizliyə riayət edilməsindən, bu məlumatların  internet resurslarında araşdırılmasının müasir üsullarından  bəhs edilib.

 Həmçinin, ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin yaxından öyrənilməsində, nəzəri biliklərin daha da zənginləşdirilməsində, eləcə də gənclər arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında  belə layihələrin əhəmiyyətindən  söhbət açıblar.

   Gənclər ekotur çərçivəsində  açıq havada idman oyunları təşkil edib, müxtəlif intellektual yarışlar keçiriblər.

DİGƏR Xəbərlər Arxiv