YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladanka Andreyeva: Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi kimi fəaliyyətə başlamaqdan böyük qürur hissi keçirirəm

Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi kimi fəaliyyətə başlamaqdan böyük qürur hissi keçirirəm.

Bu fikirlər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva videomüraciətində bildirib.

O deyib: “Bu gözəl ölkədə vəzifəmin başlanğıcı ciddi sınaqların - COVID-19 pandemiyası və münaqişədən sonrakı bərpa işlərinin aparıldığı dövrə təsadüf edir.

BMT ailəsi hər iki sahədə Azərbaycanın səylərini dəstəkləyir. Bu problemlərdən əziyyət çəkən əhalinin ehtiyaclarını qarşılamaq üçün hökumətlə sıx əməkdaşlıq edirik.

Biz, həmçinin ölkənin Davamlı İnkişaf Məqsədlərinə doğru irəliləməsini sürətləndirmək üçün yeni və iddialı beşillik əməkdaşlıq çərçivəsinin icrasına başlamışıq. Gələn il, BMT-Azərbaycan tərəfdaşlığında mühüm bir mərhələni yaşayacağıq, Azərbaycanın BMT-yə üzv olmasının və ölkədə BMT Ofisinin yaradılmasının 30-cu ildönümü qeyd olunacaq.

Bu, tərəfdaşlığımızın bir çox uğurları və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparmaq üçün əla fürsət olacaq.

BMT-nin Dayanıqlı İnkişafa dair Əməkdaşlıq Çərçivəsində müəyyən edilmiş prioritet sahələr üzrə irəliləyişi təmin etmək və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasını dəstəkləmək üçün hər kəslə - hökumətdəki tərəfdaşlarımız, vətəndaş cəmiyyəti, özəl sektor, elmi dairələr və başqaları ilə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.