YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ermənistana yenidən silah verilməsinin qarşısı alınmalıdır

"44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan erməni terrorçu və faşistlərindən işğal olunmuş ərazilərimizi təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilin payızında baş verən müharibənin əsas səbəbkarı Ermənistan idi. Ancaq beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları, beynəlxalq gücləri də bu müharibənin başlanmasında müəyyən dərəcədə səbəbkar hesab etmək olar. Təssüflər olsun ki, BMT-nin 4 qətnaməsi 28 ilə yaxın bir müddət ərzində icra edilmədi".

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupu bu səbəbdən öz missiyasını yerinə yetirə bilmədi: "Bu səbəbdən də 44 günlük Vətən Müharibəsi başladı. Ermənistan yeni əraziləri işğal etmək istəyirdi. Azərbaycanı daha çətin vəziyyətə salmaq niyyətində idi. Tovuz hadisələri də elə bu səbəbdən Ermənistan terrorçuları tərəfindən törədilmişdi. Şükürlər olsun ki, Azərbaycanın rəşadətli ordusu, zabitlərimiz və əsgərlərimiz bu prosesin qarşısını aldılar və erməniləri rüsvayçı bir məğlubiyyətə düçar etdilər. Ancaq istənilən halda müharibə baş verdi. Beynəlxalq təşkilatlar və bu problemin sülh yolu ilə həll olunmasında məsuliyyət daşıyan tərəflər öz işlərini görsəydilər, Ermənistana qarşı təzyiqləri gücləndirsəydilər, Ermənistanın silahlanmasının qarşısını alsaydılar bəlkə də münaqişə sülh yolu ilə həll oluna bilərdi. Bu artıq keçmişdə qalıb. Biz gələcəyə baxmalıyıq. İndi post-müharibə dövrünü necə arxada qoya biləcəyimizi müzakirə etməliyik. Regionda yeni münaqişənin baş verməməsi və tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması üçün hansı işlərin görülməsi ilə bağlı fikirləşməliyik. Bir sözlə, bu məsələyə daha çox fokuslanmalıyıq. Biz bununla bağlı BMT-nin və digər beynəlxalq təşkilatların xidmətindən daha çox yararlanmalıyıq".
Deputatın fikrincə, bu gün həmin təşkilatlar, xüsusilə Ermənistan tərəfinə təzyiqlərini artırmalıdırlar: "Ermənistanın real vəziyyəti daha yaxşı anlaması üçün təzyiq mexanizmləri üzərində işləməlidirlər. Onlar çalışmalıdırlar ki, Ermənistan proseslərə daha real yanaşa bilsin. Çünki faktiki olaraq Azərbaycan qalib tərəfdir və rəsmi Bakı sülh çağırışları ilə çıxış edir. Azərbaycan regionda kommunikasiyaların açılmasında və iki dövlət arasında əlaqələrin yaranmasında maraqlı tərəfdir. Müharibənin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq təşkilatların yardımını və beynəlxalq qurumların bu prosesdə aktiv və fəal iştirakını arzu edir. Xüsusilə işğaldan azad olunmuş ərazilər hələ də minalardan tam təmizlənməyib. Hələ də qarşı tərəf minalanmış ərazilərin xəritələrini tam və düzgün formada Azərbaycan tərəfinə təqdim etmir. Məncə, ilk olaraq bu məsələdən başlanılmalıdır. BMT məhz bu problemin həlli ilə bağlı öz səylərini artırmalıdır".
Naqif Həmzəyevin sözlərinə görə, daha sonra üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək üçün Ermənistana mütləq təzyiqlər edilməlidir: "Daha sonra digər kommunikasiyaların açılması, digər müaqvilələrin imzalanması məsələsi müzakirə oluna bilər. İstənilən halda regionda daimi sülhün bərqərar olması üçün mütləq dünya gücləri, BMT aktiv və fəal şəkildə rol oynamalıdır. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, bu günə qədər həmin beynəlxalq təşkilatların fəaliyyətləri bizi o qədər də qane etməyib. Faktiki olaraq onlar öz missiyalarını yerinə yetirə bilməyiblər. Onlar Ermənistana qarşı təzyiq mexanizmlərindən istifadə etmədilər. Ən azından bundan sonra bu sahədə aktiv olmalıdırlar. Regionda sülhü qoruyub saxlamaq və yeni münaqişənin olmasını istəmirlərsə, Ermənistana yenidən silah verilməsinin qarşısı alınmalıdır. Onların yenidən revanşist fikirlərin dalınca qaçmalarına yol verilməməlidir. Onlar öz xəstə təxəyyüllərindən əl çəkməlidirlər. Azərbaycanla sülh müqaviləsini imzalamalı, ölkəmizin ərazi bütövlüyünü tanımalıdırlar".

 

DİGƏR Xəbərlər Arxiv