YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağsu rayon təşkilatının X hesabat konfransı keçirilib

Avqustun 20-də Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, YAP siyasi mübarizələrlə və bir-birini ardıcıl surətdə əvəz edən uğurlarla, nailiyyətlərlə zəngin olan bir yol keçib. Ə.Hüseynov onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Ağsu  rayon təşkilatı hesabat dövründə partiyanın Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək, işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurub.

Ə.Hüseynov deyib ki, YAP Ağsu rayon təşkilatı 91 ərazi ilk partiya təşkilatında 5372 üzvü birləşdirir. Onlardan 1141 nəfərini gənclər, 2141 nəfəri isə qadınlar təşkil edir.

Sonra YAP Ağsu rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Araz Rəhimovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı çıxış edən YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədr müavini, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri, Ağsu rayon Təhsil şöbəsinin Metodika şöbəsinin müdiri Elnur Fərzəlizadə, Çaparlı ərazi ilk partiya təşkilatının sədr müavini, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Allahverdi Qənbərov, partiya üzvləri - rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib.

YAP-ın 29 ildə əldə etdiyi uğurlardan bəhs edən Ə.Tağıyev vurğulayıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir.

X hesabat konfransının keçirilməsi münasibətilə YAP Ağsu rayon təşkilatının üzvlərini təbrik edən Ə.Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Ağsu rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.