YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Ermənistanın Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirmək istəyi təsadufi xarakter daşımır

“Ermənistanın Azərbaycanla sərhəddə ciddi cəhdlə vəziyyəti gərginləşdirmək istəməsi ardıcıl olduğu üçün əsla təsadüfi xarakter daşımır. Görünür, düşmən ölkənin   xüsusi planları var və  bu planların  mümkün senarilərindən biri də yenidən Azərbaycanı  müharibəyə cəlb etmək ola bilər. Ancaq biz bilirik ki, 44  günlük davam edən İkinci Qarabağ savaşında qəhrəman Azərbaycan ordusu erməni orudusunu muzdluları, terroristləri və diversantları ilə birlikdə məhv edib. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda ermənilər də bilirlər ki, onlar genişmiqyaslı müharibə aparmağa qadir deyillər. Çünki nə ordu var, nə də əvvəlki həvəslə muzdlular və beynəlxalq terrorçular ermənilər tərəfindən artıq savaşmayacaqlar. Belə olan halda, ermənilərin məqsədi regiona digər dövlətləri cəlb etməklə yenidən müharibə alovlandırmaq niyyəti ola bilər ki, doğrusu bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Məsələn, Fransanın timsalında biz Ermənistana istənilən dəstəyi verməyə hazır olan bir nümunə gördük. Ancaq bu dəstək də ermənilərin revanşist cəhdləri üçün yetərli deyil. Çünki regionun aparıcı aktorları Rusiya- Türkiyə - Azərbaycan strateji xətti regionda sabitliyin qorunması və yaranmış yeni geostrateji reallığın möhkəmləndirilməsində maraqlıdırlar.

“Bəzi Qərb gücləri isə öz ordularını heç olmasa “sülhməramlı” statusunda Rusiya ilə bərabər  Cənubi Qafqazda görmək istəyirlər. Bununla da hesab edirlər ki, Rusiyaya qarşı   Cənubi Qafqazda  “geostrateji plüralizmi” təmin edə  və yenidən Azərbaycana təzyiq etməklə ermənilərin əlini gücləndirə bilərlər. Yəni mümkün təxribat çoxməqsədli və çoxkombinasiyalıdır. Ancaq bu miqyasda təxribatı həyata keçirmək üçün ermənilərin hərbi gücü onu bu təxribatlara həvəsləndirənlərin isə regionumuzda konkret hərbi siyasi və iqtisadi alətləri yoxdur. Ona görə də erməni siyasi elitasının  “ağıllı təxribat strategiyları” bəri başdan uğursuzluğa məhkumdur. Azərbaycan isə olduqca ciddi hərbi-siyasi və iqtisadi təşəbbüslərlə postmünaqişə dövünü möhkəmləndirməklə yeni geostrateji reallığı hamıya qəbul etdirməkdədir”,-deyə deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv