YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milanda ictimai nəqliyyat vasitələrinin üzərində “Xocalıya Ədalət!” şüarı əks olunub

Milanda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər davam etməkdədir.
Şəhərdə üzərində “Xocalıya Ədalət!” şüarı əks olunmuş ictimai nəqliyyat vasitələri reysə çıxırlar. Bu marşrutların hərəkət trayektoriyası şəhərin bütün yaşayış məntəqələrini əhatə edir. Milanın nəqliyyat departamenti ilə anlaşmaya əsasən, nəqliyyat vasitələri üzərilərinə yapışdırılmış Xocalı soyqırımı əks etdirən stikerlər və bannerlərlə daha iki həftə xidmət göstərəcək.
Bundan başqa, Xocalı soyqırımına həsr olunmuş məlumat bukletləri də paylanılıb. 15 min tirajla çap edilmiş bukletlərin böyük hissəsi şəhərin əksər teatr və mədəniyyət mərkəzlərində, ictimaiyyətin sıx olduğu yerlərdə, ictimai nəqliyyatda artıq paylanılıb.

 

DİGƏR Xəbərlər Arxiv