YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Avstriya arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Fevralın 23-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex arasında tanışlıq görüşü olub.
Görüşdə S.Müslümov Azərbaycanın Avstriya ilə ikitərəfli münasibətlərinin inkişafından bəhs edərək, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini, son illərdə artıq əmək və sosial müdafiə sahəsində də əlaqələrin aktiv xarakter aldığını diqqətə çatdırıb.
S.Müslümov bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2004-cü ildən bəri ümumi daxili məhsulun 3,4 dəfə artdığı ölkəmizdə qeyri-neft sektorunun inkişafı dinamik xarakter alıb. Son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub və onun ümumi daxili məhsulda xüsusi çəkisi artıq 60 faizə çatıb. 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin 2003, 2004, 2005-ci illərin cəmi büdcəsindən 1,4 dəfə, qeyri-neft sektorundan isə 4 dəfə çox olacağı gözlənilir. Qeyri-neft sektorunun inkişafı digər tərəfdən son 11 ildə 1 milyon 360 min yeni iş yerinin yaradılmasına imkan verib ki, bu da məşğulluq imkanlarının çoxalmasına, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. Bu və sosial rifaha təsir edən digər müsbət proseslər ölkəmizdə yoxsulluq səviyyəsinin 5 faizə enməsi ilə nəticələnib.
A.Vex iki ölkə arasında münasibətlərin inkişafından bəhs edərək, bunun müxtəlif sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə şərait yaratmasının məmnunluq doğurduğunu ifadə edib.
 

DİGƏR Xəbərlər Arxiv