YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Səmədov: Azərbaycan istedadları ilə seçilən ölkədir

«Bilik Fondunun əsas məqsədlərindən biri intellektual dəyərlərin inkişafına töhfə verməkdir». Bu fikri Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib.

O.Səmədov bildirib ki, Azərbaycan istedadları ilə seçilən ölkədir. Onun sözlərinə görə, hər dövrdə sayılıb-seçilən istedadlı şəxslərimiz olub.

«Belə insanlar bu gün də var. Onlara yaradıcılıq imkanlarının verilməsi, fəaliyyətlərinin diqqət mərkəzinə gətirilməsi vacibdir. Bilik Fondu bu istiqamətdə dəstək göstərməyə hazırdır. Fondun əsas məqsədi respublika əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Eyni zamanda, əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq üçün təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək, onlara qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək əsas məqsədlərdəndir»- deyə, O.Səmədov vurğulayıb.