YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Milli qurtuluşdan intibaha” mövzusunda videokonfrans keçirildi

YAP Səbail rayon təşkilatında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Milli qurtuluşdan intibaha” mövzusunda videokonfrans keçirildi.

Videokonfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, “Səs” Media Qrupunun rəhbəri, YAP Səbail rayon İdarə Heyətinin üzvü Bəhruz Quliyev, Maliyyə-İqtisad Kollecinin direktoru, YAP Səbail rayon “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının sədri Oruc Məmmədov, 162 saylı orta məktəbin tarix müəllimi Gülbəniz Abbasova, YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvü Aytəkin Hüseynbəyli, YAP Səbail rayon “Gənc tamaşaçılar” (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) ərazi ilk partiya təşkilatının sədr müavini Ramilə Camalova və YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli çıxış etdilər.

İlk öncə Azərbaycan xalqı və milli dövlətçiliyimiz üçün misilsiz tarixi xidmətlər göstərən, Azərbaycanın müstəqilliyini möhkəmləndirən, xalqımızın milli maraqlarını hər şeydən üstün tutan, Azərbaycanın dünəni, bu günü və sabahı üçün əzəmətli, möhtəşəm işlər görən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra “Səs” Media Qrupu tərəfindən hazırlanan və 15 iyun - Milli Qurtuluş Günündən öncəki və sonrakı hadisələrə həsr olunan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycana rəhbərlik dövrünün, eləcə də Azərbaycanın 44 günlük Şanlı Vətən müharibəsində qazandığı tarixi Qarabağ Zəfərinin əks olunduğu videofilm nümayiş etdirildi.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev möhtəşəm bayram günü – Azərbaycanın müstəqillik tarixinin yeni inkişaf mərhələsinin başlanğıcı olan və müstəqilliyimizin qorunub saxlanılması və əbədiləşməsində mühüm rol oynayan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Konfrans iştirakçılarını təbrik etdi. Şəmsəddin Hacıyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi Azərbaycan xalqının sözün əsl mənasında qurtuluşunun başlanğıcı oldu və müstəqillik tariximizə “Milli Qurtuluş Günü” kimi həkk olundu.

Ulu Öndər Heydər Əliyev cəmi 10 il kimi qısa müddət ərzində Azərbaycanı düşdüyü dərin böhran vəziyyətindən dinamik inkişaf və yüksəliş yoluna çıxartdı, müasir Azərbaycanın dövlət quruculuğu təməllərini, bütün idarəçilik strukturlarını formalaşdırdı, Respublikamızın yeni Konstitusiyasını qəbul etdi, milli iqtisadiyyatımızın inkişafının əsasını təşkil edən “Əsrin Müqaviləsi”ni imzaladı, keçid iqtisadiyyatlı ölkələr arasında ilk dəfə Azərbaycanda torpaq islahatını həyata keçirdi, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı, cəmiyyət həyatının istisnasız bütün sahələrində siyasi, iqtisadi, hərbi islahatlar reallaşdırıldı, ölkəmizə irihəcmli xarici investisiya cəlbinə başlanıldı, bir sözlə Azərbaycanı bütün dünyaya və dünyanı Azərbaycana tanıtdı.

Ş.Hacıyev vurğuladı ki, Ulu öndər Heydər Əliyevin ruhu bu gün şaddır, çünki Onun Azərbaycanla bağlı istəkləri, arzuları həyata keçib və keçməkdədir. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyini əbədiləşdirmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və onu güclü iqtisadiyyata, orduya malik müasir dövlətə çevirmək idi. Ulu Öndərin layiqli siyası davamçısı İlham Heydər oğlu Əliyev bütün bu arzuları həyata keçirdi və bu gün dünyada müstəqil siyasət yürüdən güclü Azərbaycan var. Nə qədər Azərbaycan, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və Azərbaycanın müstəqil dövlətçiliyi üçün misilsiz xidmətləri yaşayacaq və yaşadılacaqdır.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyəti qayıdışı və müstəqil Azərbaycanda dövlət quruculuğu istiqamətindəki tarixi xidmətləri haqqında Konfrans iştirakçılarına geniş məlumat verdi. Vurğulandı ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı XX əsrdə 1918-ci ildə müsəlman Şərqində, Qafqazda respublika idarəçilik formasını həyata keçirən ilk xalq olmuşdur. 1920-1991-ci illərdə Sovet Respublikası şəraitində yaşamağa məcbur olan Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini ikinci dəfə bərpa etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasını yaratmışdır. Bu üç respublika bir-birini tamamlamış və Azərbaycan xalqı daima müstəqillik ideyası ilə yaşamış və mübarizəsi öz bəhrəsini vermişdir. 1991-ci ildə müstəqilliyin bərpasında öncül rollardan birini oynayan Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi və dəstəyi ilə hakimiyyətə qayıdışı və müstəqilliyimizi qoruyub saxlaması Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə oldu. 1992-ci ilin noyabrında xalqın iradəsini ifadə edən Yeni Azərbaycan Partiyası təsis olundu. Ölkə üçün son dərəcə mürəkkəb o dövrdə xalqı vahid ideya ətrafında birləşdirən Liderə ehtiyac var idi. Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq ölkədəki xaosun, vətəndaş qarşıdurmasının, Gəncə hadisələrinin qarşısını alaraq tarixi missiyalar yerinə yetirdi. Dövlət quruculuğu üçün bir çox mühüm konseptual məsələləri həll edən, demokratik, hüquqi, unitar və dünyəvi dövlət yaratmağa nail olan Heydər Əliyev eyni zamanda Azərbaycan xalqını azərbaycançılıq ideyası ətrafında birləşdirdi.

Azərbaycanın müstəqillik tarixini Qurtuluş Günü öncəsi və sonrası kimi iki dövrdə müqayisəli təhlil edən “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev 1980-ci illərin sonlarından etibarən baş verən hadisələr, müstəqillik əldə olunduqdan sonra Azərbaycanda yaranmış dərin böhran şəraiti, 91 nəfər Azərbaycan ziyalısının Ulu Öndər Heydər Əliyevə “Səs” qəzetində dərc olunmuş tarixi müraciəti və Heydər Əliyev bu müraciətə cavab olaraq Azərbaycan üçün qurtuluş yollarını özündə ehtiva edən proqramxarakterli cavabı haqqında Konfrans iştirakçılarına ətraflı məlumat verdi. Ulu Öndər Heydər Əliyevi xilaskar Lider kimi xarakterizə edən B.Quliyev 15 iyun - Milli Qurtuluş Günündən sonra Azərbaycanın inkişafını “Heydər Əliyev intibah dövrü” və “Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyev dövrü” kimi iki mərhələdə geniş təhlil etdi. Vurğulandı ki, Azərbaycanda İlham Əliyevin hakimiyyəti ilə yeni era başladı və əzəmətli Qarabağ Zəfəri Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu. B.Quliyev bu il ilk dəfədir ki, qələbə, zəfər ruhu ilə qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü müansibətilə Konfrans iştirakçılarını təbrik etdi və “Səs” Media Qrupunun hazırladığı “15 iyun - Milli qurtuluşdan intibaha” filminin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edənlər bu il Azərbaycan xalqı 15 iyun - Milli Qurtuluş Gününü ilk dəfədir ki, qalib xalq kimi qeyd etdiyini bildirdilər. Qeyd olundu ki, Ulu Öndərin layqili davamçısı İlham Əliyev Azərbaycan bayrağını Qələbə şəhərimiz olan Şuşaya sancaraq bütün Azərbaycan xalqının və Türk dünyasının başını ucaltdı.

Konfrans partiya veteranları, orta nəslin nümayəndələri və gənclərin fikir mübadiləsi ilə davam etdi.

DİGƏR Xəbərlər Arxiv