YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı və Qubadlı rayon İcra  Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş  Günü münasibətilə videoformatda tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev Azərbaycanın müstəqillik tarixinin ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi proseslər haqqında danışıb. Bildirilib ki, 1990-cı illərin əvvəlində hakimiyyətdə olan şəxslərin səriştəsizliyi, hakimiyyət hərisliyi və xəyanəti nəticəsində dövlət müstəqilliyimiz təhlükə qarşqısında idi. 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi parçalanmadan xilas etdi. Ölkənin suverenliyinə təhdid yaradan bütün təhlükələr aradan qaldırıldı və Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə start verildi. Qısa zamanda "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi inkişafnın təməlini qoydu. Vurğulanıb ki,  Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müasir Azərbaycanın qazandığı qələbələrin əsasını təşkil edir.

Tədbirdə çıxış edən digər natiqlər də Milli Qurtuluş Günü və 2020-ci il Vətən müharibəsində qazanılmış şanlı qələbəmizlə bağlı fikirlərini bölüşüblər.