YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib.

Konfransda YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Videokonfransda çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev 15 İyun – Milli Qurtuluş Gününün xalqımızın, dövlətimizin tarixində xüsusi əhəmiyyət daşıdığını və müasir inkişafımızın əsasını təşkil etdiyini diqqətə çatdırıb. 1993-cü ilin iyununda ölkədə baş verən siyasi böhran haqqında danışan A.Fərzəliyev bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dövlətini süqut etməkdən xilas etdi. Ulu Öndər tərəfindən əsası qoyulan və inkişafa əsaslanan dövlət siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən A.Fərzəliyev 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad olunduğunu söyləyib.

Çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizi parçalanmaqdan da xilas edib. Milli Qurtuluş Günündən başlanan inkişaf yolu nəticəsində Azərbaycan dövlətinin 2020-ci il tarixi Zəfərinə imza atdığını deyən millət vəkili Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini deyib.  

Tədbirdə YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Məmmədli, gənc fəallar Lalə Novruzova və Nuranə Hüseynova da çıxış edərək Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüblər.