YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in fəaliyyətdə olan sədri minalarla bağlı xəritələrin Azərbaycana verilməsini alqışlayıb

Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatların təqdim edilməsini alqışlayıram”.

Bunu İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde özünün tviter hesabında yazıb.

O qeyd edib: “Bu etimad quruculuğu tədbirlər Minsk qrupunun həmsədrlərinin himayəsi altında danışıqlar üçün şərait yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”.