YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: YAP-ın qurultayından sonra ilk səfərimizin məhz qardaş Türkiyəyə edilməsi çox əlamətdar və əhəmiyyətli hadisədir

“YAP-ın qurultayından sonra ilk səfərimizin məhz qardaş Türkiyəyə edilməsi çox əlamətdar və əhəmiyyətli hadisədir. Vətən müharibəsində əldə etdiyimiz qələbədə Türkiyənin siyasi-diplomatik, mənəvi cəhətdən Azərbaycanın yanında olması baxımdan da bu səfərin önəmi böyükdür”.

Bu barədə YAP-ın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova “Yeni TV”nin canlı yayımında bildirib:

“YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə Ankarada rəsmi səfərdə olduq. Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra yaranan yeni reallıqlar fonunda səfərin çox böyük əhəmiyyəti var. Hər iki partiya öz xalqı üçün çalışan, onun maraqlarını təmin edən, xalqın istəyini həyata keçirən ictimai-siyasi təşkilatlardır. Belə səfərin baş tutması həm ökənin ictimai-siyasi həyatında, həm partiyanın fəaliyyətində mühüm hadisə kimi dəyərləndirilir. Məqsəd YAP və AKP  arasında daha sıx əlaqələrin yaradılmasıdır”, - deyə S.Hüseynova vurğulayıb.

S.Hüseynova qeyd edib ki, Türkiyənin hakim partiyası AKP-nin İntizam komissiyası ilə YAP-ın Təftiş komissiyası arasında keçirilən görüşdə iki partiya arasında mövcud vəziyyət müzakirə olundu: “Bildiyiniz kimi, Təftiş Komissiyasının yeni reqlamenti hazırda müzakirə mərhələsində olduğu üçün bizə Türkiyə təcrübəsi maraqlı idi. Bu barədə müzakirələrimiz maraqlı və faydalı oldu.  Eyni zamanda, Türkiyə tərəfi də YAP-ın təcrübəsilə maraqlandı. Düşünürəm ki, gələcəkdə də bu istiqamətdə fikir mübadiləsinin aparılması birgə işimizə səmərə verəcək”.

 

DİGƏR Xəbərlər Arxiv