YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə musiqili-əyləncəli tədbir keçirildi

Milli Məclisin deputatı Ramil Həsən və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfıratın həmtəsisçiliyi ilə yaradılan və YAP Səbail rayon təşkilatının da iştirakçısı olduğu “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti sosial aksiya keçirildi.

Uşaqlara məxsus özəl bayram günündə açıq havada uşaqlar üçün musiqili, əyləncəli, tədbir təşkil edildi. Tədbirdə Dj Nurlan dinamik musiqilərlə uşaqları əyləndirdi, aktrisa Vüsalə maraqlı sürprizləri ilə uşaqları sevindirərək unudulmaz anlar yaşatdı. Aktrisanın uşaqlar arasında keçirdiyi intellektual yarışmada iştirak edən bütün uşaqlar hədiyyələrlə təltif olundular. 

Bu əyləncəli aksiyada ən önəmli məqamlardan biri 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla həlak olan Şəhidlərimizin övladlarının tədbirdə iştirak etməsi oldu. Səbail rayonundan olan dörd Şəhid ailəsindən ümumilikdə 10 nəfər uşaq tədbirdə iştirak etdilər.

 

DİGƏR Xəbərlər Arxiv